Azərbaycan Sovet mozaikaları haqqında qısa arayış

"Səadət" mozaika kompozisiyası (1975), fraqment. Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.

Müəllif: Qanı Nəsirov | www.ganinasirov.com


Giriş

Soviet Mosaics sealing friendship with Dakar and Baku, capitals of Senegal and Azerbaijan at Dakar Square in Baku

Monumental-dekorativ sənət Azərbaycanda XX əsrin ikinci yarısındab başlayaraq özünün ən parlaq dövrünü yaşamışdır. Bu dövrdə memarlıq, rəssamlıq və tətbiqi sənət sintez halında formalaşmışdır. Azərbaycan rəssamlarının yaratdığı mozaika pannoları şəhər estetikasının ayrılmaz hissəsinə çevrilmiş və memarlıq ansamblına bədii dəyərinə qatmışdır.

Sovet dövrünün mozaikaları sosialist münasibətlərin qurulduğu cəmiyyətdə müasirləşmə və sənayeləşmə prosesi üçün təbliğat vasitələrindən biri idi. Buna görə də Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhərlərdə yüzrlələ monumental mozaika kompozisiyaları yaradılmışdı. Bu əsərlər zamanla təkcə sovet dövrünün sənət nümunələri deyil, həm də Azərbaycanda şəhərləşmə irsinin mühüm parçası kimi qəbul olunmuşdur.

Bülbül küçəsi (Keçmiş Məhəmməd Naxçıvani küçəsi) ASSR Mərkəzi Bankı 1930-cu illərdə fasadına asılmış təbliğat posterləri.

Monumental-dekorativ sənət və mozaikaların tarixi

Tarix boyu insanlar həyatlarında baş verən hadisələri, dini inanclarını, elmi və əmək nailiyyətlərini əbədiləşdirmək üçün müxtəlif təsviri üsullardan istifadə etmişlər. Bu təsvirlər qayalar üzərində, tikililərdə və ya məişət əşyalarında cızılırdı. Onlar dekorativ xüsusiyyət daşımaqla öz dövrün bədii-estetik səviyyəsini əks etdirir. Zaman keçdikcə bu təsvirlər monumental mahiyyət qazanaraq günümüzə qədər gəlib çatmışdır.

Monumentallıq anlayışını tarixi baxımdan hətta primitiv cəmiyyətlərdən günümüzə qədər gəlib çıxan artefaktlərə tətbiq edilir. Bunlara piktoqraf və petroqlifləri misal göstərə bilərik. Xalçaçılıq isə Azərbaycan xalqının ən önəmli dekorativ yaradıcılıq nümunəsi olmuşdur.

Qobustanın qayaüstü rəsmləri, mezolit dövrünə aid keçi petroqlifləri (YUNESKO Ümumdünya irsi)
Qobustanın qayaüstü rəsmləri, mezolit dövrünə aid keçi petroqlifləri (YUNESKO Ümumdünya irsi). Şəkil: Qobustan Milli Tarix-Bədii Qoruğu
Şəki Xan Sarayının eksteryer tərtibatı və şəbəkə pəncərələri
Şəki Xan Sarayının eksteryer tərtibatı və şəbəkə pəncərələri (YUNESKO Ümumdünya irsi). Şəkil: IRCICA
Naxçıvandakı Yusif bin Küseyir türbəsinin xarici görünüşü.
Naxçıvandakı Yusif bin Küseyir türbəsinin xarici görünüşü. Şəkil: “Wikimedia Commons”
Qarabağ qrupuna aid xovsuz şəddə xalçası. Toxucular: Lalə Manafova, Şükufə Səfərova.
Qarabağ qrupuna aid xovsuz şəddə xalçası. Toxucular: Lalə Manafova, Şükufə Səfərova. Şəkil: Azərbaycan Xalça Muzeyi

Qədim Yunanıstan, Roma (mozaikalar) və Misir (sfinks və piramidalar) sivilizasiyalarında, eləcə də Avropanın renessans dövründə (Mikelancelonun “Adəmin yaradılışı” freskası və “David” heykəli) monumental sənət nümunələrinə rast gəlinir. Bu dövrlərdə monumental-dekorativ sənət əsasən zadəgan sinfinin malikanələrini, saraylarını və iri kilsələri bəzəyirdi.

Makedoniyalı İskəndər və III Dara arasındakı İss döyüşünün mozaikası. Şəkil: www.thoughtco.com.
Makedoniyalı İskəndər və III Dara arasındakı İss döyüşünün mozaikası. Şəkil: www.thoughtco.com.

XX əsrdə monumental sənətin (mozaika və freska sənəti) inkişafı Meksika muralizm hərəkatı (Meksika monumental boyakarlığı) çərçivəsində yeni ictimai məna qazandı. Dieqo RiveraDavid Alfaro Siqueiros və Xose Klement Orozko kimi sənətkarlar mozaika texnikasından istifadə edərək Meksika xalqının mübarizəsini, əmək və azadlıq ideallarını monumental divar kompozisiyalarında əks etdirdilər.

  • Dieqo Riveranın Detroytdakı Mural əsəri. Şəkil: www.neocrotalic.com
  • Diego Riveranın "Meksikanın Tarixi” adlı freskosu, Milli Saray, Mexiko şəhəri.
  • Diego Riveranın "Yaradılış” adlı freskosu, Meksika Milli Muxtar Universitetinin şəhərciyi

Sovet hakimiyyəti dövründə də monumental-dekorativ sənət sənaye və ictimai məkanlara daxil olaraq daha demokratik və kütləvi xarakter aldı. Zavodlar, fabriklər, yeni salınan yaşayış kompleksləri, küçələr, parklar və meydanlar bu sənət növü ilə bəzədilirdi.

Meksika muralizmi ilə Sovet monumental dekorativ sənəti arasında əsas oxşar cəhətlərdən biri odur ki, nər iki sənət (a) növü daxili siyasi çəkişmələr və inqilablar (1910-1917-ci illər Meksika inqilabı və 1917-ci il Bolşevik inqilabı) nəticəsində formalaşan yeni cəmiyyətlərin yaradıçılığı olmuşdur. Rəssamlar monumental sənət kimi yaradçılıq sahəsini inqilabi dəyərləri və sosial ədalət və sənaye tərəqqisini təbliğ tərənnüm etmək üçün istifadə etmişdir.

Azərbaycan Texniki Universitetinin İdman Kompleksi girişində Olimpiya məşələinin sovet xalqında ötürülməsi səhnəsini təsvir edən mozaika. Rəssam: Hacıbala Rəcəbov
Azərbaycan Texniki Universitetinin İdman Kompleksi girişində Olimpiya məşələinin sovet xalqında ötürülməsi səhnəsini təsvir edən mozaika. Rəssam: Hacıbala Rəcəbov

Aparıcı Meksikalı muralistləri Sovet İttifaqına, Sovet monumentalçı rəssamları və rəngkarları isə öz növbəsində Meksikaya tez-tez səfərlər etmişlər. Dieqo Rivera (1927-ci ildə Oktyabr İnqilabının on illiyi münasibətilə keçirilən tədbirlər) və David Alfaro Siqueiros kimi meksikalı rəssamlar sənətin sosial və siyasi dəyişikliklərə xidmət edə biləcəyini göstərərək sovet sənətkarlarına təsir edə bilmişlər. Daha sonra Dieqo Rivera Moskvada doqquz ay qaylmış və incəsənət məktəbində monumental rəssamlıq dərsləri keçmişdir. Sovet monumentalçı sənətkarları çox sonralar mozaikadan, Meksika sənətkarları isə mural rəngkarlıqdan istifadə edərək monumental təsvirləri, incəsənəti (rəssamlığı), ideologiyanı və memarlığı birləşdirərək ictimai məkanı xalqın mübarizəsi və arzularının vizual manifestinə çevirə bilmişdir


Sovet mozaikalarının tarixi dövrlər üzrə inkişafı

Mozaikalar Sovet dövründə digər monumental sənət növlər ilə eyni ideoloji məqsədə xidmət etsə də, forma və estetik xüsusiyyətlərinə görə seçilirdi. Onlar həm sənətkarların, həm də cəmiyyətin rəğbətini qazanaraq geniş yayılmışdır. Sovet İttifaqında mozaikların inkişafı bir neçə mərhələdən keçmişdir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar.

Azərbaycan Dövlət Nəşriyyatı – Azərnəşrin binası, 1933-cü il.

1920–1930-cu illər: başlanğıc dövrü

Sovet İttifaqının ilk illərində mozaika sənəti hələ geniş yayılmamışdı. Əsas diqqət inqilab ideyalarını çatdıran plakat və rəngkarlığa yönəlmişdi. Lakin Moskva və Leninqradda (indiki Sankt-Peterburq) mozaika üzərində eksperimentlər aparılırdı. İctimai binaların fasadlarını “açıq muzeylərə” çevirmək ideyası da məhz bu illərdə formalaşmışdı.

1940–1950-ci illər: durğunluq dövrü

  • Növbədən qayıdanlar, Tahir Salahov
  • Çənlər, Tofiq Cavadov
  • Zavodda, Tofiq Cavadov
  • Neftçilər” (”Növbədən gələnlər”), Tofiq Cavadov
  • Təmirçilər, Tahir Salahov

Müharibə və Stalinizm illərində monumental sənət sahəsi məhdudlaşdırılmışdı. Buna baxmayaraq, Sosialist Realizmi dövlət siyasətinə çevrilərək gələcək mozaikaların ideya istiqamətini müəyyənləşdirdi. Bu dövrdəki incəsənət zəhmətkeşlər, kolxozçular və inşaatçılar kimi sosialist çəmiyyətin realıqlarını hər kəsin başa düşəcəyi şəkildə təsvir etməli idi. Sovet insanı “işıqlı gələcəyə doğru irəliləyən” simvol kimi təqdim edilirdi. Rənglər parlaq, fiqurlar qüvvətli və nikbin idi.

1960–1980-ci illər: intibah dövrü

Stalinin ölümündən sonra başlayan “yumşalma dövrü” (Xruşşov erası) ilə mozaikalar yenidən dirçəliş yaşadı. Bu illərdə mozaika Sovet şəhər mühitinin ayrılmaz hissəsinə çevrildi.

Azərbaycanda yeni rəssam və monumentalçı sənətkarlar nəsili yetişdi. Onların ölkənin yenidən qurmasında, inkişafında yaxında iştirak etdilər. Memarlıq və mühəndisliklə yanaşı monumental-dekorativ sənət inşaat layihəsinin həllərində birgə istifadə edildi.

Avtovağzallar, məktəblər, uşaq bağçaları, mədəniyyət evləri, yaşayış binaları və zavodların üzərində mozaika kompozisiyaları yaradılırdı. Əmək, elm, kosmos, kənd təsərrüfatı və “sülh uğrunda mübarizə” kimi mövzular əsas mövzular idi.

1990-cı illər: tənəzzül və unudulma

SSRİ-nin dağılmasından sonra monumental sənətə maraq azaldı. Bir çox mozaikalar baxımsız qaldı, bəziləri binaların təmiri zamanı məhv edildi. Son illərdə isə yerli və beynəlxalq tədqiqatçılar mozaikaların mədəni irs və kollektiv yaddaşın bir hissəsi kimi qorunmasının vacibliyini vurğulayırlar.


4. Mozaika nədir?

Sovet dövründə mozaikalar müxtəlif təyinatlı, funksional binaları və onların ətrafında yaradılmış məkanları bəzəmək, onların estetik və bədii həllərlə özünə məxsusluğunu və dəyərini formalaşdırırdı. Beləliklə mozaikalar memarlıqla sintez olunaraq məkanın həm bədii ifadəliliyini gücləndirir, həm konkret öz dövrün ideyalarını vizual şəkildə çatdırırdı.

Bu vəzifəni yerinə yetirərkən əsas məqsəd isə cəmiyyətdə mühüm incəsənət və mədəni, siyasi, iqtisadi və sosioloji dəyərləri və hadisələri tərənnüm edirdi. Bu mənada mozaikalar Sovet insanının dili ilə desək işçi sinfinin cəsarət, mətanət və nailiyyətlərini ideoloji məqsədlər üçün mənalandırır və geniş ictimai auditoriyaya çatdırırdı. 

Mozaikaların hazırlanması

Rəssam əvvəlcə mozaikanın eskizini hazırlayır, sonra müxtəlif rəngli şüşə parçalar (“smalt”) bəzən isə kaşılar istehsal edilir. Eskizə uyğun olaraq bu parçalar kəsilir və sonra isə mosaika pannosonun yerləşdiyi yerə, məqsədinə və formasına uyğun olaraq müəyyən texnika ilə quraşdırılır. Mozaikaları quraşdırmaq üçün istifadə edilən texnikalara aşağıdakıları misal göstərmək olar:

  • Birbaşa yapışdırma texnikası: Bu texnika vasitəsilə parçalar birbaşa hamar səthə sement, əhəng və ya mastika vasitəsilə yapışdırılır. Bu, ən sadə və ən çox istifadə olunan texnikadır.
  • Tor və ya fiber texnikası: Smalt parçaları əvvəlcə tor üzərinə düzülür, sonra bütöv şəkildə divara quraşdırılır. Bu texnika xüsusilə çətin yerlərdə və ya üçölçülü formalar üzərində işləyərkən çox əlverişlidir.
  • Qəlib texnikası: Həcmçə çox böyük olan mozaika pannosu yuxarıdakı hər iki texnikadan istifadə etməklə qəliblərdə hazırlanır. Daha sonra isə qəlibdən çıxarılır və divara və ya tavana hissə-hissə bərkidilir.

Şəkil: Zurab Sereteli mozaika emalatxanasında, 1980-1981 il. Mənbə: www.zurabtsereteli.com

Azərbaycanda Sovet mozaikaların mövzuları

Azərbaycandakı Sovet mozaikalarının mövzu və təsvir dünyası geniş və çoxşaxəlidir. Onlarda yaradıcı dekorativlik, ideoloji və mədəni təbliğat daşıyıcıları birləşmişdi. Buna görə mövzular əsasən sosialist ideologiyasının əsas prinsiplərini, əmək qəhrəmanlığını, elmi tərəqqini və mədəni dəyərləri əks etdirirdi. Ümumilikdə Azərbaycandakı Sovet dövrü mozaikalarının tematik istiqamətlərini aşağıdakı kimi bir neçə qrupa bölmək olar:

  • Əmək və zəhmətkeşlərin tərənnümü: Bu mövzuda mozaikalar işçiləri, fəhlələri, mühəndisləri və kolxozçuları təsvir edir. Əmək və zəhmətkeşlər zavod, elektrik stansiyası, neft buruqları, kənd təsərrüfatı və istehsal prosesləri kimi səhnələrində təsvir edilir.
  • Elmi və texniki tərəqqi: Elmi və sənayenin inkişafı zamanı kosmos, aviasiya, texnologiya və elm mövzuları xüsusilə 1960–1980-ci illərdə geniş yayılmışdı. Astronavtlar, raketlər, laboratoriya səhnələri və kainat təsvirləri geniş istifadə edilir.
  • Mədəniyyət və təhsil: Bu mövzulu mozaikalar kitab, məktəb, musiqi, teatr və idman kimi sahələri təsvir edilir. İnsanların maariflənməsi, gəncliyin inkişafı və sağlam həyat tərzi əsas ideya idi.
  • Sülh və dostluq: Qardaş xalqların dostluğu, beynəlxalq sülh mövzuları da geniş yayılmış səhnələrdəndir. Bu mövzulc mozaikalar fərqli millətləri təmsil edən fiqurlarla birlik və bərabərlik ideyasını təbliğ edir.
  • Milli elementlər: Sovet ideologiyası ilə yanaşı, mozaikalarda Azərbaycanın milli ornamentləri, tarixi qəhrəmanları, Nizami Gəncəvi, Səməd Vurğun və təbiət mənzərələri də özünə yer tapır.
  • Təbiət və insan harmoniyası: Bəzi mozaikalarda insan və təbiət arasında ahəng, məhsuldarlıq və yaradıcılıq təsvir edilir. Gül-çiçək, ağac və dəniz elementləri mozaikaya dekorativ və poetik ruh qatır.

5. Mozaika və memarlıq

1954-1955-ci illərdə Nikita Xruşşovun memarlıqda ifrat ornamentallıq və dekorativliyə qarşı çıxışları dönüş nöqtəsi idi. Bu, memarlıqda Stalin dövrünün monumental və bəzəkli “imperiya stilindən” (‘Stalinist Empire Style’ ingiliscədən tərçümə: ‘Stalinist ampir üslubu’) uzaqlaşaraq, funksional, sürətli, sadə və səmərəli inşaat prinsiplərinə əsaslanan yeni memarlıq hərəkatının yəni – sovet modernizminin başlanğıcını qoydu.

Xruşşov dövrünün memarlığa təsiri bir mənalı deyildi. Belə ki, kütləvi mənzil tikintisi nəticəsində milyonlarla insanın həyat şəraiti yaxşılaşdı və onlar mənzillə təmin edildi. Bütün bunlarla yanaşı memarlıq estetikası sadələşdi, binalar bənzər, monoton və cansıxıcı görünüş aldı.

1960-cı illərdə isə SSRİ-də “memarlıq və monumental sənətin sintezi” adlanan yeni və təsirli bir memarlıq anlayışı formalaşdı. Bu prinsipin məqsədi memarlığı, heykəltəraşlığı, rəssamlığı və dekorativ sənətləri vahid mühitdə birləşdirmək idi.

Bu ideya həm bədii, həm də ideoloji məqsədlər daşıyırdı. Bu yanaşma Sovet dövlətinin bütöv sosialist ideyalarının ruhunda yaradılan şəhər mühiti formalaşdırmaq arzusuna uyğuna idi. Bu “sintez” ideaysı adi binaları sadəcə funksional tikili olmaqla yanaşı, həm də ideoloji məna daşıyan monumental abidələrə çevirdi.

Memarlar rəngkarlar, heykəltəraşlar və rəssamları ilə sıx əməkdaşlıq edirdilər ki, bu birlik tam şəkildə hiss olunsun. Nəticədə rasional memarlıq formaları ilə ifadəli, çox vaxt parlaq rəngli sənət əsərləri birləşərək özünəməxsus sovet modernizmi estetikası yaratdı. Şəhərlər sanki sosialist obrazlarının açıq səma altında yerləşən muzeylərinə çevrilmişdi.

Modernizmin memarlıqda gətirdiyi sadələşmə ilə yanaşı ictimai yerlərdə xüsusilə mozaika kimi monumental sənət ideoloji və estetik boşluğu doldurmağa başladı. Beləliklə mozaika şəhərlərin memarlıq görünüşünün formalaşmasında mühüm rol oynamış və sovet memarlığının tərkib hissəsi çevrilmişdi.

Sənətşünas Ziyadxan Əliyev monumental sənət haqqında qeyd edir ki:

“Monumental sənəti səciyyələndirən obrazlı həll, yaddaqalan, təsirli təsvir və kompozisiya vasitələri onun yadda qalan məkan-mühit yaratma funksiyası ilə daima dialektik əlaqədədir. Bu xüsusiyyətlərin bəzi cəhətlərinə Azərbaycan monumental sənətinin inkişafında rastlaşırıq. Bunlar həm əhatəli, həm də kiçik bir interyerin özünəməxsus görkəm vermək gücü ilə ifadə olunur”.

Meton və dəmir konstruksiyaların səbəb olduğu cansıxıcı mühit fonunda parlaq və rəngarəng mozaikalar yoldan keçənlərin diqqətini çəkib onların əhval-ruhiyyəsinə müsbət təsir etməyə nail olurdu.

İkinci Dünya Müharibəsindən sonra Bakıda həmçinin tikinti bumu və  sənayeləşmə də sürətləndi. 1960-ci illərdə urbanizasiya sahəsində böyük işlər görüldü. Belə layihələrə Bakı metrosu, böyük sənaye zonalarını və mikrorayon adlanan yaşayış komplekslərini misal göstərmək olar. 

Bakı metrosunun inşası zamanı istifadə edilən mozaikalar metro stansiyalarının dizaynında mühüm rol oynamaqla yanaşı, sərnişinlər üçün həmin stansiyada xüsusi ab-hava yaradaraq onları gündəlik həyatın monotonluğundan uzaqlaşdırıb və yeraltı memarlığın möhtəşəmliyini vurğulamışdır. Buna misal olaraq Neftçilər metro stansiyasında Arif Ağamalov and Mirzağa Gafarov neftçilərə və neft sənayesinə həsr olunmuş və 1976-cı ildə istifadəyə verilən Nizami metro stansiyasındakı Mikayıl Abdullayevin Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırladığı mozaika kompoziyalarını göstərmək olar. 

1960 və 1980-ci illərdə sənayeləşmə də geniş vüsət aldı. Sənaye inşaatı sahəsində qabaqcıl layihələrdən Bakı Kondisioner Zavodu və Bakı Şərab Zavodunu, Bakı Ayaqqabı Fabrikilərini də qeyd etmək lazımdır. Bu sənaye obyektlərinin inşası zamanı istifadə edilən mozaikalar, sənaye müəssisələrinin estetik dəyərlərini artırmaqla yanaşı, dövrün bədii üslubunu və ideologiyasını da özündə əks etdirirdi. Bu mozaika pannoları, istehsalatın gücünü və texnoloji tərəqqini simvolizə edərək, zavodların yalnız istehsalat mərkəzi deyil, həm də incəsənət nümunələri ilə zənginləşdirilmiş məkanlar olmasına töhfə verirdi.

1960-cı illərdə Sovet İttifaqında modernizm mermarlıq hərəkatının geri dönüşü və daha sonra memarlıq və monumental incəsənətin sintezi ideyası yeni şəhər mühiti formalaşdırdı. Müharibədən sonrakı dövürdə isə metro stansiyaları, mikrorayonlar və sənaye müəssisələri və mehmanxanalar kimi böyük tikinti layihələri həyata keçirildi. Mozaikalar öz növbəsində tikinti bumu zamanı istifadə edilən beton və dəmir konstruksiyaların yaratdığı cansıxıcı mühiti zənginləşdirərək həm estetik, həm də ideoloji təbliğat daşıyan vizual ab-hava yaratdı.


6. Mozaika, qrafika və incəsənət

Sovet mozaikaları həmçinin öz dövrünün müxtəlif incəsənət hərəkatlarından təsirlənən, rəngkarlıq, rəsm və qrafika sənətləri sahəsində təhsil almış sənətkarların düşüncəsini əks etdirən çoxqatlı bir ifadə forması idi. Onlar qrafikanın vizual sadəliyini, sosialist realizmin ideya yükünü və ‘sərt üslubun’ memarlıq plastikasını, impresionizmin parlaq rəng ifadəliyini özündə birləşdirirdi. 

1957-ci ildə SSRİ dekorativ incəsənəti (1991-ci ilə qədər) adlı jurnal da buraxılmağa başlamışdı. Hər ay buraxılan jurnalda müasir incəsənət, monumental və dekorativ sənət nəzəriyyəsi və tarixi, incəsənət sənayesi və xalq sənəti, bədii dizayn və əlaqəli mövzular haqqında yazılar yer alırdı. Jurnalın ilk buraxılışında 1-ci səhifədə Leninin təsviri olan xalça, əlavə olaraq isə “Quba” adlı xalça şəkilinin və fraqmentin da yer aldığı Azərbaycan xalça sənəti haqqında ayrıca məqaləyə (səhifə 65-68) yer verilmişdir.

SSRİ Dekorativ İncəsənəti, 1957-ci il. Yubiley buraxılışı: Böyük Oktyabr İnqilabının 40 illiyi
SSRİ Dekorativ İncəsənəti, 1957-ci il. Yubiley buraxılışı: Böyük Oktyabr İnqilabının 40 illiyi

1960-ci illərdə artıq yeni nəsil monumentalçı rəssamlar yetişmişdi. Bir çox sənətkarlar mozaika sənətinə rəssamlıq və rəngkarlıq akademiyalarında təhsil aldıqdan sonra gəlmişlər. Mozaika sahəsi onların incəsənət fəaliyyətinin bir hissəsi olmuşdur.

Bu Azərbaycanlı monumentalçı sənətkarlar habelə ustad rəssamlar idi. Ən məhşur monumentalçı rəssamlardan biri olan Oqtay Şıxəliyev Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (Əzimzadə məktəbi) və daha sonra isə o zamanlar Muxina adına Leninqrad (A. L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Rəssamlıq və Sənaye Akademiyası – Sankt Petersburg məktəbi) Ali Rəssamlıq Məktəbində təhsil almışdır. Digər mozaika ustadı Elmas Hüseynov da ilk təhlisini Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra isə Belarus Dövlət İncəsənət Universitetinin qrafika bölməsində almışdır. Arif Ağamalov isə ilk təhsilini Bakıda, daha sonra isə Moskva tətbiqi və dekorativ instutununda (Moskva məktəbi) davam etdirmişdir. Hər üç Azərbaycanlı rəssam təhsillərini başa vurduqdan sonra Bakıya qayıtmış və fəaliyyətləri davam etdirmişlər.

Sosialist realizmi sovet hakimiyyəti tərəfindən rəsmi dəstəklənən və himayə edilən incəsənət hərəkatı idi. Bu hərəkat mozaikaların ideoloji və bədii əsasını təşkil edirdi. Əmək, elm, qəhrəmanlıq, sülh və dostluq kimi mövzular vasitəsilə “yeni sovet insanı”nın ideal obrazı hər kəsin başa düşəcəyi formada yaradılırdı. Bu hərəkatın görkəmli nümayəndələri sıra Tahir Salahov, Tofiq Cavadov və digərlərini qeyd etmək olar.

Sosialist realizmində təsvirlər reallığın təkrarından çox, müəyyən mənada onun ideallaşdırılmış versiyasıdır. İnsan fiqurları nikbin, qüvvətli və gələcəyə baxandır; onların üz ifadələri və hərəkətləri ümumi ideyanın emosional daşıyıcısına çevrilirdi.

Sərt üslubun (brutalizmin) təsiri ilə isə beton, daş və smaltın birgə istifadəsi binanın plastikasını tamamlayır, mozaikanı bəzəkdən çox memarlıq elementinə çevirirdi. Sərt formalar, monumental ölçülər və parlaq rənglər sovet modernizmi memarlığının ağırlığını tarazlaşdırır, şəhər mühitinə emosional güc və rəng qatırdı.

“Azərbaycan qrafik dizayn tarixi 1875-1990” kitabının müəlifi Rəsul Həsənin Sovet dövründə Azərnəşrin istifadə etdiyi loqo versiyaları barədə paylaşımı

Sosialist realizimi ilə digər incəsənət hərəkatı sovet impressionizmi idi. Bu hərəkat qərb impressionizminin rəngli və işıqlı texnikalarını Sovet dövründə qəbul olunan mövzularla birləşdirən rəsm üslubu idi. Rəssamlar gündəlik həyatı, təbiət mənzərələrini və sənaye səhnələrini sərbəst fırça vuruşları və eyni zamanda əmək, tərəqqi və optimizm kimi sosialist ideallarını vurğulayırdılar. Sərt Sosialist Realizmindən fərqli olaraq, Sovet impressionizmi şəxsi ifadəyə və canlı vizual effektlərə imkan verərək, adi Sovet həyatını rəngarəng və dinamik göstərirdi. Azərbaycanda bu üslubun ən görkəmli nümayəndəsi Səttar Bəhlulzadədir.

Beləliklə, Azərbaycan Sovet mozaikaları müxtəlif incəsənət istiqamətlərinin sintezindən yaranaraq həm ideoloji, həm də estetik dəyərə malik unikal bir ifadə forması olmuşdur.


7. Monumentalçı rəssamlar və mozaika ustaları

Oqtay Şıxəliyev (1931-2012)

Oqtay Şıxəliyev 1960–1980-ci illərdə Azərbaycan sovet monumental-dekorativ sənətinin inkişafında aparıcı fiqurlardan biri olmuşdur. O, təhsilini Əzimzadə və Sankt Peterburq məktbələrində almışdır.

Onun yaradıcılığı milli motivlərlə sovet modernizminin estetik prinsiplərini üzvi şəkildə birləşdirən xüsusi bir üslub formalaşdırıb. Şıxəliyevin mozaikalarında rəng harmoniyası, ritmik forma düzümü və simvolik obrazlar (xalq yaradıcılığı və mifologiya) əsas ifadə vasitələridir.

Onun monumental mozaika əsərləri Bakının bir sıra tanınmış məkanlarını bəzəyir. Rəssamın “Azərbaycan nağılları” adlı genişhəcmli kompozisiya Heydər Əliyev adına İdman və Konsert Kompleksinin interyerində yerləşir. Şıxəliyevin digər əlamətdar işləri Bakıda Kondisener və Şərab zavodlarının fasadında, Azərbaycan Nəşriyyatının girişindəki mozaika kompozisiyasının və İctimai Televiziya (İTV) binasının həyətindəki mozaikalardır.

Oqtay Şıxəliyev monumental layihələrində çox vaxt Hacıbala Rəcəbovla birgə çalışmış və bu əməkdaşlıq nəticəsində Azərbaycan monumental sənət tarixində özünəməxsus, davamlı iz qoymuşdur.

Azərbaycan dahi monumentalçı rəssamı Oqtay Şıxəliyev, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • "Yallı" mozaikası. Müəllif/Rəssam: Oqtay Şıxəliyev (1988)
  • "Proqres" mozaikası. . Müəllif/Rəssam: Oqtay Şıxəliyev
  • "Mətbuat" mozaikası, fraqment.  Müəllif/Rəssam: Oqtay Şıxəliyev və Hacıbala Rəcəbov
  • "Azərbaycan nağılları" mozaikası. Şəkil: Azərtac/Vahid Şükürov
  • "Proqres" mozaikası. Müəllif/Rəssam: Oqtay Şıxəliyev
  • "Ulduzlara doğru" mozaikası. Müəllif/Rəssam: Oqtay Şıxəliyev və Hacıbala Rəcəbov (1968)
  • "Mətbuat mozaikası", fraqment. Müəllif/Rəssam: Oqtay Şıxəliyev və Hacıbala Rəcəbov
  • Bakı Məişət Kondisionerləri Zavodunun fasadındakı mozaika pannosu. Müəllif/Rəssam: Oqtay Şıxəliyev Hacıbala Rəcəbovl
  • "Qarabağ" mehmanxanasının qarşısındakı hovuzun mozaikası. Müəllif/Rəssam: Oqtay Şıxəliyev, Hacıbala Rəcəbov (1973)
  • "Qarabağ" mehmanxanasının qarşısındakı hovuzun mozaikası. Müəllif/Rəssam: Oqtay Şıxəliyev, Hacıbala Rəcəbov (1973)
  • "Qarabağ" mehmanxanasının qarşısındakı hovuzun mozaikası. Müəllif/Rəssam: Oqtay Şıxəliyev, Hacıbala Rəcəbov (1973)
  • Bakı Məişət Kondisionerləri Zavodunun fasadındakı mozaika pannosu. Müəllif/Rəssam: Oqtay Şıxəliyev Hacıbala Rəcəbov (1975)
  • Next Daşlarında mozaika pannosu. Müəllif/Rəssam: Oqtay Şıxəliyev
  • Heydər Əliyev adına Dərin Özüllər Zavodunda mozaika pannosu. (1987) Müəllif/Rəssam: Oqtay Şıxəliyev
  • Bakı Dövlət Sirki, "Alvin yardılışı" adlı mozaika pannosu. Müəllif/Rəssam: Oqtay Şıxəliyev

Hacıbala Rəcəbov (1930–1992)

Hacıbala Rəcəbov Azərbaycan monumental-dekorativ sənətinin görkəmli nümayəndəsi, mozaika sənətinin inkişafında mühüm rol oynamış rəssamdır. O, təhsilini Bakıda Əzimzadə və sonra isə Moskva məktəblərində almışdır. O, 1960–1980-ci illərdə ictimai və memarlıq məkanlarını bəzəyən çoxsaylı monumental mozaika panellərinin müəllifidir. Rəcəbov uzun illər Oqtay Şıxəliyev ilə birgə çalışaraq Azərbaycan monumental sənətinin ən tanınmış nümunələrini yaratmışdır.

Onların birgə işlərinə H.Əliyev adına İdman və Konsert Kompleksinin interyerindəki “Azərbaycan Nağılları”Bakı Dövlət Sirkinin mozaikalarıAzərbaycan Nəşriyyatının girişindəki “Mətbuat” (1970)“Qarabağ” mehmanxanasının mozaikaları və 18 nömrəli məktəbin fasadındakı “Ulduzlara doğru” (1968) kompozisiyası daxildir.

Rəcəbovun yaradıcılığı milli motivlərin, rəng harmoniyasının və sovet modernizminin estetik prinsiplərinin vəhdəti ilə seçilir və Azərbaycan monumental sənət tarixində xüsusi yer tutur.

Azərbaycan monumentalçı rəssamı Hacıbala Rəcəbovun süni intelekt vasitəsilə adının yazıldığı panno. O, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • Azərbaycan Texniki Universitetinin İdman Kompleksi foyesində ki mozaika kompoziyaları. Müəllif/Rəssam: Hacıbala Rəcəbov. Şəkil: Qanı Nəsirov
  • Azərbaycan Texniki Universitetinin İdman Kompleksi foyesində ki mozaika kompoziyaları. Müəllif/Rəssam: Hacıbala Rəcəbov. Şəkil: Qanı Nəsirov
  • Azərbaycan Texniki Universitetinin İdman Kompleksi foyesində ki mozaika kompoziyaları. Müəllif/Rəssam: Hacıbala Rəcəbov. Şəkil: Qanı Nəsirov
  • Azərbaycan Texniki Universitetinin İdman Kompleksi foyesində ki mozaika kompoziyaları. Müəllif/Rəssam: Hacıbala Rəcəbov. Şəkil: Qanı Nəsirov
  • Azərbaycan Texniki Universitetinin İdman Kompleksi foyesində ki mozaika kompoziyaları. Müəllif/Rəssam: Hacıbala Rəcəbov. Şəkil: Qanı Nəsirov
  • Azərbaycan Texniki Universitetinin İdman Kompleksi foyesində ki mozaika kompoziyaları. Müəllif/Rəssam: Hacıbala Rəcəbov. Şəkil: Qanı Nəsirov
  • Azərbaycan Texniki Universitetinin İdman Kompleksi foyesində ki mozaika kompoziyaları. Müəllif/Rəssam: Hacıbala Rəcəbov. Şəkil: Qanı Nəsirov

Arif Ağamalov (1928–2006)

Arif Ağamalovun Azərbaycanın monumental dekorativ və tətbiqi incəsənət ustalarından biridir. O, təhsilini Bakıda Əzimzadə və sonra isə Moskva məktəblərində almışdır. O, sovet dövründə metro stansiyaları, mehmanxana fasadları və interyer dizaynları sahəsində təqdirə layiq əsərlər yaratmışdır.

Onun yaradıcılığına aid olan monumental əsərlərdən “Neftçilər” stansiyasında yerləşən mozaik pannolar və keçmiş “Abşeron” mehmanxanasında olan qızılı-göy mozaik frizlərini qeyd etmək olar.

Rəssam həmçinin Opera studiyasının fasadındakı relyef kompozisiyalarının, Uşaq teatrını bəzəyən monumental əsərlərin müəllifi və həmçinin rəssam həmkarı Oqtay Şıxəliyev ilə birlikdə “Azərbaycan” mehmanxanasının interyer tərtibatında iştrak etmişdir.

Azərbaycan monumentalçı rəssamı Arif Agmalov, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • Bakı Dənizkənarı Bulavardakı keçmiş Uşaq teatrını bəzəyən monumental incəsənət əsəri (1961). Müəllif/Rəssam: Arif Ağamalov
  • Bakı Dənizkənarı Bulavardakı keçmiş Uşaq teatrını bəzəyən monumental incəsənət əsəri (1961). Müəllif/Rəssam: Arif Ağamalov
  • Bakı Dənizkənarı Bulavardakı keçmiş Uşaq teatrını bəzəyən monumental incəsənət əsəri (1961). Müəllif/Rəssam: Arif Ağamalov
  • Bakı Dənizkənarı Bulavardakı keçmiş Uşaq teatrını bəzəyən monumental incəsənət əsəri (1961). Müəllif/Rəssam: Arif Ağamalov

Hüseyn Əli Hüseynov (1930–1987)

Hüseyn Əli Hüseynov Azərbaycanın tanınmış rəssamı, monumental və dekorativ sənət ustası, həmçinin təsviri sənət üzrə nüfuzlu pedaqoqlardan biridir. O, təhsilini Bakıda Əzimzadə və sonra isə Sankt Peterburq məktəblərində almışdır

O, Azərbaycan dilində ilk rəssamlıq dərsliyinin müəlliflərindən olmuş və Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının qurucusu kimi ölkədə sənət təhsilinin inkişafına böyük töhfə vermişdir.

Hüseynovun günümüzə gəlib çatan monumental işləri arasında Bakı Dövlət Sirkinin interyerindəki “Atlar” kompozisiyaları xüsusi seçilir.

O, bir sıra layihələrdə rəssam Oqtay Şıxəliyev ilə əməkdaşlıq etmiş, xüsusilə “Azərbaycan” mehmanxanasının interyer tərtibatında bu birgə yaradıcılıq yüksək peşəkarlığı ilə yadda qalmışdır.

Azərbaycan monumentalçı rəssamı Hüseyn Əli Hüseynov, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • Azərbaycan Dövlət Sirkinin həyətindəki  “Atlar” mozaik kompozisiyası (1966).  Müəllif/Rəssam: Hüseyn Əli Hüseynov
  • Hüseyn Əli Hüseynovun monumental incəsənət əsərinin eskizi. Mənbə: Facebook/Hüseyn Əli Gülbala oğlu Hüseynov
  • Hüseyn Əli Hüseynovun monumental incəsənət əsərinin eskizi. Mənbə: Facebook/Hüseyn Əli Gülbala oğlu Hüseynov
  • Hüseyn Əli Hüseynovun monumental incəsənət əsərinin eskizi. Mənbə: Facebook/Hüseyn Əli Gülbala oğlu Hüseynov
  • Azərbaycan Dövlət Sirkinin həyətindəki  “Atlar” mozaik kompozisiyası (1966).  Müəllif/Rəssam: Hüseyn Əli Hüseynov
  • Hüseyn Əli Hüseynov öz  dostları ilə birlikdə. Mənbə: Facebook/Hüseyn Əli Gülbala oğlu Hüseynov
  • Hüseyn Əli Hüseynovun monumental incəsənət əsərinin eskizi. Mənbə: Facebook/Hüseyn Əli Gülbala oğlu Hüseynov
  • Hüseyn Əli Hüseynovun monumental incəsənət əsərinin eskizi. Mənbə: Facebook/Hüseyn Əli Gülbala oğlu Hüseynov
  • Hüseyn Əli Hüseynovun monumental incəsənət əsərinin eskizi. Mənbə: Facebook/Hüseyn Əli Gülbala oğlu Hüseynov

Rəhim Məmmədov (1928–2025)

Rəhim Məmmədov Azərbaycan monumental-dekorativ sənətinin görkəmli nümayəndəsidir. O, Bakıda və daha sonra Sankt-Peterburqda rəssamlıq üzrə təhsil almış, uzun illər pedaqoji fəaliyyət göstərmişdir.

O, Azərbaycan mozaika sənətinin formalaşmasında mühüm rol oynamışdır. Rəssamın mozaika əsərləri Bakının ictimai məkanlarında “Ceyran” kafesinin divarında (mövcud deyil), Bakı Dövlət Sirkinin interyerindəki “Azərbaycan sirki” (mövcuddur) rast gəlmək olar. O, 2017-ci ildə “Əməkdar rəssam” adına layiq görülmüşdür.

  • Bakı Dövlət Sirkinin foyesindəki "Azərbaycan Sirki" mozaikası. Müəllif/Rəssam: Rəhim Məmmədov
  • Bakı Dövlət Sirkinin foyesindəki "Azərbaycan Sirki" mozaikasından fraqment. Müəllif/Rəssam: Rəhim Məmmədov
  • Bakı Dövlət Sirkinin foyesindəki "Azərbaycan Sirki" mozaikasından fraqment. Müəllif/Rəssam: Rəhim Məmmədov
  • Bakı Dövlət Sirkinin foyesindəki "Azərbaycan Sirki" mozaikasından fraqment. Müəllif/Rəssam: Rəhim Məmmədov
  • Bakı Dövlət Sirkinin foyesindəki "Azərbaycan Sirki" mozaikasından fraqment. Müəllif/Rəssam: Rəhim Məmmədov

Tofiq Ağababayev (1928–2024)

Tofiq Ağababayev Azərbaycan monumental-dekorativ sənətinin görkəmli nümayəndəsi və mozaika ustasıdır. O, Əzimzadə və Sankt-Peterburqda məktəblərində təhsilini almış, uzun illər bu sahədə fəaliyyət göstərmişdir.

Ağababayevin əsərlərinə Bakı Dövlət Sirkinin interyerindəki “Azərbaycan sirki” mozaik lövhəsi, Uşaq Dəmir Yolu Parkındakı “Bahar” mozaikası (1970) və “Azərbaycan lirikası” triptiki daxildir. O, 1966–1968-ci illərdə Bakı şəhərinin ilk baş rəssamı olmuş, şəhərin simvolikasının: gerbin bərpası və digər memarlıq elementlərinin layihələndirilməsi kimi mühim layihələrin həyata keçirilməsində iştirak etmişdir.

Azərbaycan rəssamı Tofiq Ağababayev, rəssam, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • Bakı şəhərinin 1967-ci ildə qəbul edilmiş gerbi. Müəllif/Rəssam: Tofiq Ağababayev
  • "Bahar" mozaikası. Müəllif/Rəssam: Tofiq Ağababayev
  • Bakı şəhərinin simvolik açarı. Müəllif/Rəssam: Tofiq Ağababayev

Sirus Mirzəzadə (1944)

Sirus Mirzəzadə Azərbaycan monumental sənətinin görkəmli nümayəndələrindən biridir. O, təhsilini Əzimzadə və Moska məktrəblərində almışdır. O, 1960–1980-ci illərin bədii mühitində yetişmiş, sovet modernizminin estetik prinsiplərini milli duyumla sintez edən monumentalçı rəssamdır.

O, Bakı şəhərinin ictimai binalarını bəzəyən bir sıra monumental əsərlərin müəllifidir. Mirzəzadənin mozaikaları yalnız bədii ifadə vasitəsi kimi deyil, həm də şəhər mühitinin mədəni kodunu formalaşdıran elementlər kimi dəyərləndirilə bilər.

Onun ən çox tanınan mozaika pannoları “Xoşbəxtlik ” və “Fəhlə əlləri” əsərlədir. Bu əsərlər hələ də şəhər mühitinin vahid bir hissəsidir.

Azərbaycan monumentalçı rəssamı Sirus Mirzəzadə, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • "Səadət" mozaika kompozisiyası (1975), fraqment. Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.
  • "Səadət" mozaika kompozisiyası (1975). Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.
  • "Fəhlə Əlləri" mozaika kompozisiyası (1978). Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.
  • "Fəhlə Əlləri" mozaika kompozisiyası (1978), fraqment. Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.
  • "Fəhlə Əlləri" mozaika kompozisiyası (1978), fraqment. Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.
  • "Fəhlə Əlləri" mozaika kompozisiyası (1978), fraqment. Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.
  • "Fəhlə Əlləri" mozaika kompozisiyası (1978), fraqment. Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.
  • "Fəhlə Əlləri" mozaika kompozisiyası (1978), fraqment. Müəllif/Rəssam: Sirus Mirzəzadə.Rəşid Heydərzadə.Arif Ələsgərov.Elxan Tahirov.

Xəlil Əliyev

Xəlil Əliyev Azərbaycanın monumental dekorativ rəssamlarından biridir. O, rəssamlıqla (Əzimzadə məktəbi) yanaşı memarlıq təhsili də almışdır. Onun memarlıq sahəsində bilikləri məkan-sənət anlayışına ciddi təsir etmişdir.

O, Bakı metrosunun bir çox stansiyalarının bədii tərtibatında iştirak etmişdir. Onun Bakı Metro stansiyalarındakı monumental dekorativ tərtibat ideyaları və mozaika işləri yeraltı məkana həm funksional, həm estetik dəyər vermişdir.

Onun monumental dekorativ və mozaika əsərlərini “Xətai”, “28 May” (1990-cı ildə təmirdən sonra), “Sahil” (1993-cü il tərmirdən sonra) və “Nəriman Nərimanov” metro stansiyalarında seyr etmək olar.

Azərbaycan rəssamı Xəlil Əliyev, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • Nəriman Nərimanov metrostansiyasında Nəriman Nərimanova hərs edilmiş mozaika (1967). Müəllif/Rəssam: Xəlil Əliyev. Şəkil: caliber.az/Vahid Şükürov
  • Nəriman Nərimanov metrostansiyasında mozaika kompozisiyası (1967). Müəllif/Rəssam: Xəlil Əliyev. Şəkil: caliber.az/Vahid Şükürov
  • Sahil metrostansiyasındakı mozaika kompozisiyası (1993). Müəllif/Rəssam: Xəlil Əliyev. (Mozaika daha mövcud deyil). Şəkil: caliber.az/Vahid Şükürov
  • Nəriman Nərimanov metrostansiyasında Nəriman Nərimanova hərs edilmiş mozaika (1967). Müəllif/Rəssam: Xəlil Əliyev. Şəkil: caliber.az/Vahid Şükürov
  • 28 May metrostansiyasında Məmməd Əmin Rəsulzadəyə hərs edilmiş mozaika kompozisiyası (1993). Müəllif/Rəssam: Xəlil Əliyev. (Mozaika daha mövcud deyil). Şəkil: caliber.az/Vahid Şükürov
  • Xəlil Əliyev Nəriman Nərimanov metrostasiyasındakı əsərinə baxarkən
  • Xətai metrostansiyasının bədii tərtibatında istifadə edilmiş Şah İsmayıl Xətaiyə həsr edilmiş monumental dekorativ əsəs (1968). Müəllif/Rəssam: Xəlil Əliyev. Şəkil: ru.trend.az/Samil Ali
  • Xətai metrostansiyasının bədii tərtibatında istifadə edilmiş Şah İsmayıl Xətaiyə həsr edilmiş monumental dekorativ əsəs (1968). Müəllif/Rəssam: Xəlil Əliyev. Şəkil: ru.trend.az/Samil Ali
  • Xətai metrostansiyasının bədii tərtibatında istifadə edilmiş Şah İsmayıl Xətaiyə həsr edilmiş monumental dekorativ əsəs (1968). Müəllif/Rəssam: Xəlil Əliyev. Şəkil: ru.trend.az/Samil Ali
  • 28 May metrostansiyasının bədii tərtibatının ümumi görünüşü (1993). Müəllif/Rəssam: Xəlil Əliyev. (Mozaika daha mövcud deyil). Şəkil: caliber.az/Vahid Şükürov

Mikayıl Abdullayev (1921-2002)

Mikayıl Abdullayev çoxşaxəli yaradıcılıq yolu keçmiş, rəsm, monumental rəngkarlıq və mozaika istiqamətləri üzrə fəaliyyət göstərmişdir. O, təhsilini Əzimzadə və Moskva (Serqey Qerasimovun emalatxanası) məktəblərində almışdır.

Rəssam 1973-1976 ci illər ərzində Nizami metro stansiyanın daxili tərtibatında 19 mozaika pannosu yaratmışdır. Bu panellərdən 18-i şair Nizami Gəncəvi-nin “Xəmsə”sindəki poemalar (“Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə”) motivlərinə həsr edilmişdir, bir panel isə şairin portretinə ayrılmışdır.

Rəssamın bu növ işi mövzunun klassik ədəbiyyata bağlılığı, müasir monumentallıq dillə çatdırması, Azərbaycan monumental-dekorativ sənətinin önəmli məqamlarından biridir.

Azərbaycan rəssamı Mikayil Abdullayev – Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • Nizami metrostansiyasının ümumi görünüşü (1976). Müəllif/Rəssam: Mikayil Abdullayev. Şəkil: report.az
  • Nizami metrostansiyasındakı Nizami Gəncəvi mozaikası (1976). Müəllif/Rəssam: Mikayil Abdullayev. Şəkil: report.az
  • Nizami metrostansiyasındakı Nizami Gəncəvinin Xəmsənin motivləri əsasında hazırlanan mozaika pannoları. (1976). Müəllif/Rəssam: Mikayil Abdullayev. Şəkil: report.az
  • Nizami metrostansiyasındakı Nizami Gəncəvinin Xəmsənin motivləri əsasında hazırlanan mozaika pannoları. (1976). Müəllif/Rəssam: Mikayil Abdullayev. Şəkil: caliber.az/Vahid Şükürov
  • Nizami metrostansiyasındakı Nizami Gəncəvinin Xəmsənin motivləri əsasında hazırlanan mozaika pannoları. (1976). Müəllif/Rəssam: Mikayil Abdullayev. Şəkil: caliber.az/Vahid Şükürov

Elmas Hüseynov (1937-2013)

Elmas Hüseynov Azərbaycan monumental-dekorativ sənət, qrafika sahəsində fəaliyyət göstərmiş diqqətə layiq rəssamlardan biridir. Onun Belarus Dövlət İncəsənət Universitetinin qrafika bölməsində təhsil alması sonrakı yaradıcılığına da təsir etmişdir.

Rəssamın “Xəmsə” adlı mozaika əsəri, Koroğlu Rəhimov küçəsi 3 ünvanında yerləşən binanın eksteryer fasadındakı kosmos mövzulu əsərləri Azərbaycan mozaika pannoları arasında xüsusi yeri vardır. Ümumiyyətlə, onun yaradıcılığı kosmos mövzusuna geniş yer ayrılıb.

Rəssamın Bakı Slavyan Universitetinin binasının fasadında Azərbaycan ədiblərinin portretlərini şərq motivləri fonunda əks etdirən mozaik pannosu sökülsə də, daha sonra orijinala yaxın şəkildə bərpa edilmişdir.

Azərbaycan rəssamı və qrafik ustası Elmas Hüseynov, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • "Kosmos" mozaikası. Müəllif/Rəssam: Elmas Hüseynov
  • "Kosmos" mozaikasından fraqment. Müəllif/Rəssam: Elmas Hüseynov
  • "Kosmos" mozaikasından fraqment. Müəllif/Rəssam: Elmas Hüseynov
  • "Kosmos" mozaikasından fraqment. Müəllif/Rəssam: Elmas Hüseynov
  • Elmas Hüseynov. "Yer kürəsi- kosmos" silsiləsi, 1989-1991. Rəngli kağız, karton, qarışıq texnika. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası. Şəkil: Instaqram/shirinmelik
  • Elmas Hüseynov. "Yer kürəsi- kosmos" silsiləsi, 1989-1991. Rəngli kağız, karton, qarışıq texnika. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası. Şəkil: Instaqram/shirinmelik
  • Elmas Hüseynov. "Yer kürəsi- kosmos" silsiləsi, 1989-1991. Rəngli kağız, karton, qarışıq texnika. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası. Şəkil: Instaqram/shirinmelik
  • Elmas Hüseynov. "Yer kürəsi- kosmos" silsiləsi, 1989-1991. Rəngli kağız, karton, qarışıq texnika. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası. Şəkil: Instaqram/shirinmelik
  • Hüseynov Elmas Mehdi oğlu. “Planetlərin paradı”. Kağız, qarışıq texnika. 70×50 sm. Şəkil: az-art.gallery
  • Hüseynov Elmas Mehdi oğlu. “Kəşfiyyatda” seriyası. “Neft daşlarında yanğın”. Kağız, linoqravür. 60×40 sm. Şəkil: az-art.gallery

Yaqub Mehdiyev (1948 — 2013)

Yaqub Mehdiyev Azərbaycan monumental-dekorativ sənətinin tanınmış nümayəndələrindəndir. O, təhlisini Bakı və daha sonra Moskvada almışdır.

Rəssam rəngkarlıq, qrafika və tətbiqi sənət sahələrində fəaliyyət göstərib. O, həm böyük həcmli mozaika-relyeflər, həm də interyer üçün monumental kompozisiyalar üzərində işləmişdir. Mehdiyev Moskva Bədii Fondunda və digər institutlarda çalışmış, 1970-80-ci illərin mozaika məktəbinin aktiv iştirakçılarından olmuşdur. Onun ən mötəbər mozaika əsərləri Bakıda “Vulkan” (məhv edilmişdir) və Naxçıvanda “Qonaqpərvərlik” kompozisiyalarıdır.

Yaqub Mehdiyev
  • Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Eksteryer. "Vulkan". 580 m². Relyef-mozaika. Smalta-beton. 1984. Qeyd: Suni intelekt vastiəsilə təkmilləşdirilmişdir. Müəllif/Rəssam: Yaqub Mediyev
  • Naxçıvan. "Araz" mehmanxanası. Eksteryer. "Qonaqpərvərlik". 80 m². Relyef-mozaika. Smalta-beton. 1983. Müəllif/Rəssam: Yaqub Mediyev
  • Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Eksteryer. "Vulkan". 580 m². Relyef-mozaika. Smalta-beton. 1984. Qeyd: Suni intelekt vastiəsilə təkmilləşdirilmişdir. Müəllif/Rəssam: Yaqub Mediyev

Mirzəağa Qafarov (1927–2022)

Mirzəağa Qafarov Azərbaycanın görkəmli monumental-dekorativ sənət ustalarından biridir. O, təhsilini Əzimzadə və Sankt Peterburq məktəblərində almışdır.

Onun yaradıcılığında sənaye və əmək motivləri, xüsusilə neft mövzusu əsas yer tutur. Qafarovun ən tanınmış əsərlərinə Bakı Metropoliteninin “Neftçilər” stansiyasında yerləşən “Əsrlərin qovşağında” və “Neft çıxaranlar” mozaik panelləri, eləcə də Suraxanı rayonunda “Bakı neftçilərinin qəhrəmanlıq keçmişi” adlı kompozisiya daxildir.

Bu işlərdə rəssam məkan və səth münasibətini ustalıqla həll etmiş, mozaikanı memarlığın ayrılmaz hissəsinə çevirmişdir. Onun irsi bu gün də sovet dövrü monumental sənətinin Azərbaycan memarlığında mühüm izlərindən biri sayılır.

Azərbaycan monumentalçı rəssamı Mirzağa Qafarov, Bakıda sovet dövrü ictimai mozaika pannolarının müəllifi.
  • “Bakı neftçilərinin qəhrəmanlıq keçmişi” (1977) mozaika kompozisiyasından fraqment. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: Qanı Nəsirov
  • “Bakı neftçilərinin qəhrəmanlıq keçmişi” (1977) mozaika kompozisiyasından fraqment. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: Qanı Nəsirov
  • “Bakı neftçilərinin qəhrəmanlıq keçmişi” (1977) mozaika kompozisiyasından fraqment. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: Qanı Nəsirov
  • “Bakı neftçilərinin qəhrəmanlıq keçmişi” (1977) mozaika kompozisiyasının arxiv şəkili. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: www.qafarov.az
  • “Bakı neftçilərinin qəhrəmanlıq keçmişi” (1977) mozaika kompozisiyasından fraqment. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: Qanı Nəsirov
  • Tələbə yataqxanasının həyətindəki mozaika kompozisiyası. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: Qanı Nəsirov
  • Tələbə yataqxanasının həyətindəki mozaika kompozisiyasında fraqment. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: Qanı Nəsirov
  • Tələbə yataqxanasının həyətindəki mozaika kompozisiyasında fraqment. Müəllif/Rəssam: Mirzağa Qafarov. Şəkil: Qanı Nəsirov
  • Neftçilər metro stansiyasının interyerindəki mozaika pannosu. Müəllif/Rəssam: Arif Ağamalov və Mirzəağa Qafarov (1972)
  • Neftçilər metro stansiyasının interyerindəki mozaika pannosu. Müəllif/Rəssam: Arif Ağamalov və Mirzəağa Qafarov (1972)
  • Moskvadakı "Bakı" restoranının interyerində istifadə edilmiş "7 Gözəl" mövzusu. Müəllif/Rəssam: Mirzağa Qafarov.
  • Neftçilər metro stansiyasının interyerindəki mozaika pannosu. Müəllif/Rəssam: Arif Ağamalov və Mirzəağa Qafarov (1972)
  • Neftçilər metro stansiyasının interyerindəki mozaika pannosu. Müəllif/Rəssam: Arif Ağamalov və Mirzəağa Qafarov (1972)
  • Neftçilər metro stansiyasının interyerindəki mozaika pannosu. Müəllif/Rəssam: Arif Ağamalov və Mirzəağa Qafarov (1972)

Bəxtiyar Hüseynov

Bəxtiyar Hüseynov (1956, Bakı) — Azərbaycanın tanınmış mozaika ustası və monumental-dekorativ sənətinin görkəmli nümayəndəsidir.

Onun yaradıcılığına Bakı metrosundakı Nərimanov stansiyasında yerləşən Nəriman Nərimanov portreti və müxtəlif ictimai məkanlarda bəzək verən mozaika kompozisiyaları quraşdırlması olmuşdur.

Usta rəssam bu gün də fəaliyyətini davam etdirərək, mövcud mozaika pannolarının bərpasında iştirak edir. Onun bərpa etdiyi nümunələrdən biri Elmas Hüseynovun “Xəmsə” mozaika pannosudur.

Bəxtiyar Hüseynov, mozaika ustası, bir çox mozaikaların quraşdırılmasında birbaşa iştirak etmişdir.

Əmirxan Məmmədvəliyev

Əmirxan Məmmədvəliyev Azərbaycanın müasir mozaika ustalarında biridir. O, 1970-ci illərdən etibarən bu sahədə fəaliyyət göstərir.

O, Azərbaycanda bir çoz mozaika pannolarının hazırlanmasında mozaika ustası kimi fəaliyyət göstərmişdir. O, həmçinin Mirzağa Qafarovun eskizi əsasında Ağdam Çörək Muzeyinin fasadındakı mozaikanın quraşdırılmasında iştirak etmişdir.

Əmirxan Məmmədvəliyev, mozaika ustası, bir çox mozaikaların quraşdırılmasında birbaşa iştirak etmişdir.
Ağdam Çörək Muzeyinin fasadındakı mozaika kompozisiyasını əvvəl və sonrakı görünüşü.

8. Sovet dövrü mozaikaların mədəni irsi kimi tanınması və qorunması

Sovet dövrünün mozaikalarını yalnız sosialist ideologiyası üçün propoqanda daşıyıcısı qəbul etmək yalnışdır. Mozaikalar monumental incəsənət nümunələri kimi Sovet dövrü Azərbaycan kimliyini anlamaq üçün olduqca vacibdir. Onlar təkcə ideologiyanı deyil, həm də sənətkarlığı, estetik zövqü və bir dövrün mədəni iddialarını özündə əks etditən vizual hekayələrdir. Onlar yalnız muzeylərdə deyil, yaradıldıqları ictimai məkanlarda da qorunmağa layiqdirlər. Məhz orada onların memarlıqla və icma ilə qarşılıqlı əlaqəsi hələ də koruna bilər.

Bu gün mozaikaların çoxu baxımsızlıq, iqlim təsirləri və aqressiv şəkildə aparılan yenidənqurma və bərpa işlərinin təsiri ilə zədələnir və ya tamamilə məhv olur.

Sevindirici haldır ki, bu mozaikaların sənədləşdirilməsi və qorunması istiqamətində səylər artıq mövcuddur:

İnstitusional səviyyədə, Bakıda “IDEA” İctimai Birliyi mozaikaların bərpası və qorunması məqsədilə rəsmi təşəbbüs irəli sürüb. Bu təşəbbüsdən irəli gələrək Bakı şəhər İcra Hakimiyyəti tərəfindən görüş keçirilimiş və müzakirələrin nəticəsində müvafiq komissiya yaradılmış və ilkin tədbirlər planı müəyyənləşdirilmişdir.

Mətbuatda verilən xəbərlərə əsasən qeyd etmək olar ki, artıq bir çox mozaika nümunələri bərpa edilmiş və bu istiqamətdə işlər davamlı şəkilə aparılmaqdadır. Bu, gələcək nəsillər üçün mozaikaların qorunması yolunda ümidverici addımdır.

Mehrin Əlilinin yaratdığı “Mosaics of Azerbaijan” adlı İnstaqram səhifəsi ölkə üzrə mövcud olan mozaikalar barədə tez-tez paşlaşımlar edir. Əlili həmçinin “Milli forma, sosialist məzmun: Azərbaycan mozaikaçılarının sovet monumental incəsənətinə töhfəsi” adlı məqalənin həmmüəllifidir. Bu məqalə Azərbaycan mozaikalarının özünəməxsus xarakterini və vacibliyini vurğulayır.

Yazıçı və tədqiqatçı Vahid Şükürov da mövzuya dair geniş araşdırmaları ilə ictimai məlumatlılığın artmasına töhfə verir. Onun “Azerhistory” saytında dərc olunan məqalələri mozaikaları tarixi və estetik kontekstdə təhlil edir.

“Belə-belə işlər”in Vahid Şükürovla “Bakıdakı bu mozaikaların tarixini bilirdinizmi?” adlı reportajı

Bütün növ ictimai təşəbbüslər, elmi işlər və institusional dəstəyin artması mozaikaların qorunması və konservasiyası istiqamətində daha da güclü mövqeyin formalaşmasına töhfə verir. Bu yanaşma mozaikaları sadəcə keçmişin yadigarı kimi deyil, canlı mədəni irs kimi qəbul edir.

9. Sonluq

Azərbaycan mozaikaları XX əsrin monumental-dekorativ sənət düşüncəsinin ən yaxşı təzahürlərindəndir. Onlar:

  • memarlıq obyektlərini bədii baxımdan zənginləşdirmiş;
  • şəhər mühitinə vizual ritm və dinamika qatmış;
  • milli və ümumsovet estetik kodlarını bir araya gətirmiş;
  • ölkənin mədəni irsində unikal bir sahəyə çevirmişdir.

Bu mozaikaların qorunması, tədqiqi və sənədləşdirilməsi və habelə gələcək nəsillərə ötürülməsi bu mədəni missiyadır. Azərbaycan mozaikaları hələ də öyrənilməli, bərpa edilməli və mədəni irsin davamlı bir hissəsi kimi yaşadılmalıdır.

Müəllif: Qanı Nəsirov
Şəhər bələdçisi | Tədqiqatçı
www.ganinasirov.com

Qeyd: Saytda yerləşdirilmiş materialların istifadəsi zamanı olaraq veb səhifə və müəllifə istinad göstərilməsi mütləqdir.