– O qaçır. Onlar da onun arxasınca qaçır.
– O, elə bilir ki, onlar onu tutub öldürmək istəyirlər. O, daha sürətlə qaçmağa başlıyır.
– Onların ona çox yaxın olduqları görünür. O, var gücü ilə daha sürətli qaçmağa başlıyır.
– O, çevrilib arxaya baxır və öz-özünə “onlar mənə çatacaqlar”. O, arxaya təkrar-təkrar baxır.
– O qaça bilmir. Onlarsa çatırlar.
– Ancaq onunla onların arasında məsafə dəyişməz qalır. O, anlayır ki, o qaçmır.
– O, qaçmağı dayandırır.
– Onlarsa sürətlə onun yanından keçib gedirlər. Onların arxasınca başqa onlar. Onların arxasınca isə bir başqa onlar.
– O, atdığı ilk adımında quyuya düşür.
– Hər kəs quyuda başı üstə gəzir. Lakin o, kimin baş-ayaq ya ayaq-baş tərsinə gəzdiyini ayırd edə bilmir. O da ətrafı gəzir.
– Ağacdan asılı qalan insanlar onun diqqətini çəkir. O, onlar arasında ən cavan olduğu yəqin etdiyinə yaxınlaşır və Marsa getmək istədiyini və ora necə gedə biləcəyini soruşur.
– Saat artıq 13:00-dır. O, onunla “naked lunch” etməyə qərar verir.
– O, ona dilimizin “naked lunch” kimi ifadələrlə bilərkən çirkləndirildiyindən şikayətlənir.
– O, ondan nəyi tövsiyə edə biləcəyini soruşur.
– O, orta barmağının vətəri kəsilmiş-dəyişilmiş, dəmirli, tikiş sapının hələ də üzərində olduğu, konserv dırnaqlı əli və bazu sümüyündən çıxmış qolu irin sousu ilə məsləhət görür.
– O da razılaşır.
– O isə suyu tam çıxanadək möhkəm əzilmiş, sümüyü çatlamış ayaq və burxulmuş baldır və gərilmiş sinir sistemi sifariş verir.
– O, yuxudan oyanır. Azacıq iyrənmiş, qorxmuş, əzgin, yorğun halda yatağından durmaq istəsə də, yerindən tərpənə bilmir. O, beləcə uzun müddət tərpənmədən uzanmış halda qalır.
– Daha sonra o, yenidən yuxuya gedir.